reklam
Boksçularımız Rusiyaya yollandı
Sportfm.az xəbər saytı

Boksçularımız Rusiyaya yollandı


22 yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi Rusiyaya yollanıb.
Sportfm.az xəbər verir ki, yığma sentyabrın 21-dən 25-dək Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.

Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada Azərbaycanı Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayacaq.

Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.

Bu gün Anapaya yollanan komanda sentyabrın 26-da Bakıya qayıdacaq.

Yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Oxşar xəbərlər

Boksçularımız Qazaxıstana yollandı - Toplanış
Boksçularımızın ilk rəqibləri bəlli oldu - Avropa çempionatı
Ölkəmiz beynəlxalq yarışda 10 boksçu ilə təmsil olunacaq
Millimiz toplanışı Qazaxıstanda keçəcək
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər