reklam
Sportfm.az xəbər saytı

"Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar” -Tahir Gözəl


“Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Norveç “Molde”sinə qarşı keçirdikləri Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun oyunundan sonra jurnalistlərə açıqlama verib.

Sportfm.az xəbər verir ki, funksioner 1:0 hesablı qələbədən sonra bunları söyləyib:

“Bu gün qələbə qazanmaq çox önəmli idi. Qurban müəllimlə danışmışdıq. Ona demişdim ki, zəfər ruhumuz oyunumuza təsir etməlidir. Taktiki cəhətdən hazırlıqlı idik. Bütün komandanı təbrik edirəm. Bugünkü oyunumuz çox baxımlı alındı. Avropanın yaxşı komandaları Bakıya gəlir və başıaşağı qayıdırlar”.

Klub prezidenti rəqib qapıçının bir neçə dəfə qurtarış etdiyini xatırladıb: “Onu təbrik etmək lazımdır. Möhtəşəm toplar çıxarırdı. Əsas olan odur ki, biz 3 xalımızı aldıq. Amma ən azı üç qol vura bilərdik”.

“Qarabağ”ın rəhbəri Avroliqada iddialı olduqlarını vurğulayıb: “Bacardığımız qədər irəli gedəcəyik. Bu il daha da yaxşı formadayıq”.

Oxşar xəbərlər

"Eyni oyunu onlardan tələb edə bilməzdim" - Qurban Qurbanov
"Qarabağ"ın prezidenti püşkü dəyərləndirdi - "Azərbaycanı möhtəşəm mübarizə gözləyir"
“Qarabağ”ın prezidenti Qurban Qurbanovu təbrik etdi
"Qarşımızda yaxşı müdafiə xətti var idi" - Qurban Qurbanov
“Yuventus”un prezidenti Bakıya gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər