reklam
İki cüdoçumuz finalda -
Sportfm.az xəbər saytı

İki cüdoçumuz finalda -Böyük Dəbilqə


Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib.
Sportfm.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) bütün rəqiblərini üstələyərək, həlledici görüşə vəsiqə qazanıblar.

Heydərov yarımfinalda özbəkistanlı Şaxram Əhədova qalib gəlib. Onun finaldakı rəqibi Moldova təmsilçisi Pyotr Pelivan olacaq.

Tçkayev isə final yolunda Özbəkistanın digər idmançısı Nurbek Murtozoyevi məğlub edib. Cüdoçumuz həlledici dueldə avstriyalı Şamil Borçaşvili ilə qarşılaşacaq.

Ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

Daha bir cüdoçumuz gümüş medal qazandı - Böyük Dəbilqə
Hidayət Heydərov finalda - Böyük Dəbilqə
Daha bir cüdoçumuz medal qazandı - Böyük Dəbilqə
Daha 2 qızıl medal - Böyük Dəbilqə
İki cüdoçumuz finalda - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər