reklam
Millətlər Kuboku Mərakeşdə keçiriləcək -
Sportfm.az xəbər saytı

Millətlər Kuboku Mərakeşdə keçiriləcək -QƏRAR


Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi 2025-ci ildə Afrika Millətlər Kubokunun Mərakeşdə keçirilməsi ilə bağlı qərar qəbul edib.
Sportfm.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Bildirilir ki, 2025-ci ildə Afrika Millətlər Kuboku iyun-iyul ayları arasında keçiriləcək. Əvvəllər bu turnir ənənəvi olaraq qış mövsümündə keçirilirdi.

CAF həmçinin 2027-ci ildə Afrika Millətlər Kubokunun üç ölkə tərəfindən keçiriləcəyini açıqlayıb: Keniya, Tanzaniya, Uqanda.

Xatırladaq ki, Seneqal yığması 2023-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Oxşar xəbərlər

Millətlər Kubokunun keçiriləcəyi məkan məlum oldu
Afrika Millətlər Kubokunun bütün iştirakçıları bilindi
Afrika Millətlər Kubokunun vaxtı bilindi
Millətlər Kubokunun yeni tarixi açıqlandı - Afrikada
Millətlər Kubokunun yeni tarixi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər