reklam
Sportfm.az xəbər saytı

"Beşiktaş" Adanada "dağıldı" -Super Liqa


Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış daha bir oyun keçirilib.

Sportfm.az xəbər verir ki, bu gün “Adana Dəmirspor” doğma meydanda “Beşiktaş”la qarşılaşıb.

Altı qolluq matç Adana təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Adana Dəmirspor”un qapıçısı, Azərbaycan millisinin də üzvü olan Şahruddin Məhəmmədəliyev bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Adana Dəmirspor” bu qələbədən sonra 11 xalla 3-cü sırada qərarlaşıb. “Beşiktaş” isə 10 xalla 6-cıdır.

Türkiyə Super Liqası
3-cü turun oyunu
27 sentyabr

Adana Dəmirspor – Beşiktaş 4:2
Qollar: Belhanda, 8. Nyanq, 17. E.Akbaba, 59. Y.Erdoğan, 75 – Abubakar, 79. Raşiça, 90.

Oxşar xəbərlər

"Beşiktaş" "Trabzonspor"a qalib gəldi - Türkiyə Super Liqası
Şahruddin bu dəfə üzüldü - Super Liqa
Şahruddin "Adana Dəmirspor"u dəfn etdi
"Adana Dəmirspor" – "Beşiktaş" 1:4 - VİDEO
“Beşiktaş” xal itirdi - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər