reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı -Misli Premyer Liqası


“Qarabağ” Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəlib.
Sportfm.az xəbər verir ki, bu, Ağdam klubunun Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsi olub.

Bölgə təmsilçisi bu göstəricidə rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba sevinib.

“Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.

Oxşar xəbərlər

“Neftçi”dən 50-ci böyükhesablı qələbə
“Qarabağ” və “Neftçi”nin 900-cü oyunu - Yubiley
“Qarabağ” və “Sabah”ın üstünlüyü - 2022/23 mövsümü
"Qarabağ"dan yubiley qələbəsi - Azərbaycan çempionatlarında
Rekord, antirekord və ilk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər