reklam
DÇ-2030 6 ölkədə keçiriləcək -
Sportfm.az xəbər saytı

DÇ-2030 6 ölkədə keçiriləcək -QƏRAR


2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı üç qitədə və altı ölkədə keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu gün FİFA Şurasının iclası keçirilib və orada turnirin oyunlarının ona ev sahibliyi etmək üçün müraciət etmiş bütün ölkələrdə keçirilməsi qərara alınıb.

Ən çox qarşılaşmalar Mərakeş, İspaniya və Portuqaliyada oynanılacaq. Üç matç Cənubi Amerikada olacaq. Mundialın açılış matçları yarışın 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının finalı "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda reallaşacaq.

Oxşar xəbərlər

Dünya Çempionatı 1 aydan çox davam edəcək
DÇ-2030-un səfirləri bəlli oldu
DÇ-2034-ün finalına ev sahibliyi edəcək ölkə açıqlandı
Avstraliya dünya çempionatından imtina etdi
DÇ-2030 6 ölkədə keçiriləcək - QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər