Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın braziliyalısı: Bu gün "müharibə" olacaq
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisi hazırlığını yekunlaşdırıb.
Sportfm.az xəbər verir ki, Astana şəhərindəki Arenada oyunöncəsi məşqdən sonra millinin təcrübəli üzvü Eduardo Borges azfutzal.az-a açıqlama verib:
"Əlbəttə, Bakıdakı oyunun o cür olmasını istəməzdik. Amma daha bir vacib sınağımız var. Hər şeyimizi meydanda qoyacağıq. Allah da bizim tərəfimizdə olacaq, inanıram. Qazaxıstanla ilk oyunumuzu yenidən analiz etdik. Demək olar, qolların hamısını hədiyyə etdik. Bəzi epizodlarda anlaşılmazlıq oldu və ya ötürmələrdə səhvə yol verdik. Amma üçüncü qolda hakimin qərarı anlaşılmaz oldu. Oyunu saxlamaq üçün fit verdi, mən də topu ayağımda saxladım, bu zaman rəqib futzalçı topu məndən götürdu və qol vurdu. Halbuki fitdən sonra oyun dayandırılmalı idi ki, mən də onu etdim. Rəqib də fair-play-ə əməl etmədi. Üstəlik, Felipinyoya qarşı qayda pozuntusu zamanı rəqib qapısına penalti təyin olunmadı. Elə də Bastosa qarşı.. Niyəsə hakimin fiti susdu. Təbii ki, bunlar bizi oyuna daha yaxşı köklənməyə vadar edir. Rəqib meydanında oynayacaq olsaq da, bura müsbət nəticə qazanmaq üçün gəlmişik. Bir sözlə, bu gün "müharibə" olacaq. Heç bir halda güzəşt olmayacaq. Nəfəsimizin sonuna qədər mübarizəmizdən dönməyəcəyik".
Qeyd edək ki, bu gün keçiriləcək Qazaxıstan - Azərbaycan matçı 18:00-da start götürəcək və CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Oxşar xəbərlər
"Ondan əl çəkməyəcəyik" - Qurban Qurbanov
Yığmamızın braziliyalı "jokeri": "Görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar"
"Bir yerdə az oynadıqlarından anlaşılmazlıq var" - Xətai Bağırov
Qabriel Bastos: Bizim üçün çətin və xoş olmayacaq
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası