reklam
Rusiya Olimpiya Komitəsinin fəaliyyəti dayandırıldı
Sportfm.az xəbər saytı

Rusiya Olimpiya Komitəsinin fəaliyyəti dayandırıldı


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini dayandırıb.

Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının ROK-un tərkibinə daxil olmalarıdır.

Bu barədə məlumat verən BOK-un mətbuat xidmətinin rəhbəri Mark Adams bildirib ki, ROK-un fəaliyyəti növbəti bildirişə qədər dayandırılıb: “Bu qərar o deməkdir ki, ROK artıq Milli Olimpiya Komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə dəstəyi ala bilməz”.

Qeyd edək ki, “Donetsk Xalq Respublikası", "Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvü olub.

Oxşar xəbərlər

BOK Olimpiya Oyunlarına ev sahibi şəhəri müəyyən edəcək - 2032-ci il
Yay Olimpiya Oyunları təxirə salındı
Milli Olimpiya Komitəsinə yardım ayrılacaq
Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı
"Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib" - KİV yazır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər