reklam
Fələstinin oyunları Əlcəzairdə keçiriləcək -
Sportfm.az xəbər saytı

Fələstinin oyunları Əlcəzairdə keçiriləcək -Müharibə


Fələstin millisi ev oyunlarını Əlcəzairdə keçirəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb.

Məlumatda bildirilib: “Fələstin Futbol Federasiyasının prezidenti cənab Cibril Racoubun xahişi ilə FAF 2026-cı il dünya çempionatı və 2027-ci il Asiya Kubokunun seçmə oyunlarına hazırlıq çərçivəsində bütün rəsmi və qeyri-rəsmi oyunların Əlcəzairdə keçirilməsinə qərar verilib".

Əlcəzair həmçinin oyunların keçirilməsi ilə bağlı bütün xərcləri qarşılayacaq.

İlk görüş noyabrın 21-də baş tutacaq və burada fələstinlilər dünya çempionatının seçmə mərhələsində Avstraliya ilə qarşılaşacaqlar. Matça ev sahibliyi etmək üçün seçilən şəhər hələ açıqlanmayıb.

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı hadisələrdən sonra bu ərazilərdə idman tədbirlərinin keçirilməsi dayandırılıb. İsrail təmsilçilərinin oyuları təxirə salınsa da, Fələstin Əlcəzairdən dəstək ala bilib.

Oxşar xəbərlər

"Neftçi"nin futbolçusu Fələstin millisində
Millinin sabiq oyunçusu Qəzzada həlak oldu
İsrail millisi ev oyunlarını "Panço Arena"da keçirəcək - AVRO-2024
İsrail - İsveçrə matçı təxirə salındı - Müharibə
“Neftçi”nin futbolçusu Fələstin yığmasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər