reklam
Bakı-2017: Azərbaycan ilk medalını təmin etdi
Sportfm.az xəbər saytı

Bakı-2017: Azərbaycan ilk medalını təmin etdi


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında boks yarışı davam edir.
Sportfm.az xəbər verir ki, 1/4 final mərhələsində təmsilçimiz Məhəmmədrəsul Məcidov Qazaxıstan idmançısı Nurlan Saparbayla qarşılaşıb.

+ 91 çəki dərəcəsində mübarizə aparan idmançıların gərgin keçən görüşündə boksçumuz 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını - ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Oxşar xəbərlər

Azərbaycan İslamiadada 65-ci qızıl medalını qazandı
Güləşdə ilk qızıl medalı qazandıq
İslam Oyunlarında 40-cı qızıl medalı qazandıq
Yığmamız İslam Oyunlarında ilk qızılını qazandı
Cüdoçumuz İslam Oyunlarının finalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər