Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
MOİK-in yubiley qələbəsi
Azərbaycan 1-ci liqasının 5-ci turu MOİK üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, səfərdə “Karvan”a 3 cavabsız qolla qalib gələn Bakı klubu mövsümdə 3-cü qələbəsini qazanıb. Bu, klubun tarixində yubiley uğuru olub.
Paytaxt təmsilçisi müstəqillik illərində 300-cü qələbəsini qazanıb. 1992-ci ildən Azərbaycan çempionatı və kubokunda iştirak edən “hərbçilər” buna 849-cu oyununda nail olub.
Əvvəl OİK, sonradan MOİK adlanan komanda Premyer Liqada (əvvəl güclülər dəstəsi) 66, 1-ci liqada (əvvəl birinci dəstə və birinci divizion) 217, ölkə kubokunda 17 dəfə qalib gəlib.
MOİK Azərbaycan futbolu tarixinə müstəqillik illərində 300 və daha çox qələbə qazanan 5-ci komanda kimi düşüb. Yalnız “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Şamaxı” daha çox oyunda qələbə qazanıb.

Oxşar xəbərlər
"Turan Tovuz"dan yubiley qələbəsi
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
Şimal təmsilçisindən yubiley qələbəsi
"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası