reklam
Taekvondoçularımız beynəlxalq turnirə qatılacaq
Sportfm.az xəbər saytı

Taekvondoçularımız beynəlxalq turnirə qatılacaq


Azərbaycanın 12 taekvondoçusu Dohada keçiriləcək Qətər açıq çempionatında mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, onlardan 8-i kişi, 4-ü qadın olacaq.

Üç gün davam edəcək beynəlxalq turnirdə kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov olacaq. Dohada Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Pərviz İskəndərov (63 kq), Cavad Ağayev (74 kq), Əliəskər Əliyev (74 kq), Eltac Qafarov (80 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqani (hər ikisi +87 kq) onların sərəncamında olacaqlar.

Qadınlardan ibarət millinin baş məşqçi Sun Mi Park isə Minayə Əkbərova (49 kq), Səmərrux Osmanova (53 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovaya (67 kq) güvənəcək.

G1 kateqoriyalı yarışda Azərbaycanın bütün taekvondoçuları oktyabrın 22-də güclərini sınayacaqlar.

Oxşar xəbərlər

Türkiyə açıq çempionatında iştirak edəcək idmançılarımız bilindi - SİYAHI
Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
Taekvondoçularımız lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşır
Taekvondoçularımız İordaniyaya yollandı - Toplanış
Taekvondoçularımız Qətərdə 5 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər