reklam
Cüdoçularımız günü bir medalla başa vurdu -
Sportfm.az xəbər saytı

Cüdoçularımız günü bir medalla başa vurdu -Böyük Dəbilqə


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ilk günü yekunlaşıb.

Sportfm.az xəbər verir ki, bu gün qadınlar arasında 48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva üçüncü yer uğrunda mübarizədə italiyalı Franseska Milani ilə qarşılaşıb.
Rəqibini məğlub edəən Leyla Əliyevə bürünc medala sahib çıxıb.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunha uduzub.

Azərbaycanın 6 cüdoçusu isə mübarizəni erkən dayandırıb. Bunlar Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kəramət Hüseynov (66 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və 57 kq-da çıxış edən Fidan Əlizadədir.

Oxşar xəbərlər

Cüdoçularımız “Böyük Dəbilqə”ni 2 medalla başa vurdu
Cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə
Yığmamızın heyəti açıqlandı - “Böyük Dəbilqə”
Cüdo millimizin “Böyük Dəbilqə” üçün heyəti - SİYAHI
Cüdoçularımız bu günü medalsız başa vurdu - Qran-pri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər