reklam
Fərid Qayıbova yeni vəzifə verildi
Sportfm.az xəbər saytı

Fərid Qayıbova yeni vəzifə verildi


UNESCO-nun mənzil-qərargahında idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu konfransı keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycan konfransda gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Konfransın gündəliyinə əsasən, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib və nazir Fərid Qayıbov yekdilliklə büronun sədr müavini seçilib.

Konfransda həmçinin cari ilin iyununda ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin 7-ci Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə, təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.

Oxşar xəbərlər

Nazir federasiya nümayəndələri ilə görüşdü
Azərbaycan Hökuməti ilə UNESCO arasında müqavilə imzalanıb
Qayıbov beynəlxalq konfransda iştirak etdi
AMADA-nın direktoru UNESCO-nun tədbirində
Azad Rəhimov Kazanda çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər