reklam
Sportfm.az xəbər saytı

"Ayaks" yeni baş məşqçisini açıqladı


"Ayaks"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandaya Con van Şip baş məşqçilik edəcək. Onunla 2025-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb.

53 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 23-də istefaya göndərilən Moris Ştaynı əvəzləyib.

Con van Şip 1997-2001, 2002-2004, 2008-2010-cu illərdə "Ayaks"ın müxtəlif komandalarında işləyib.

Qeyd edək ki, "Ayaks" hazırda Niderland çempionatının turnir cədvəlində 5 xalla sonuncu - 18-cidir.

Oxşar xəbərlər

"Şalke"də yeni baş məşqçi - 2 illik müqavilə
PSV-də yeni baş məşqçi
“Ayaks”da 600 min avroluq oyunuçu
Hollandiyanın ən titullu klubu yeni baş məşqçi ilə anlaşdı
"Latsio" yeni baş məşqçisini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər