reklam
Azərbaycan millisindən növbəti qələbə -
Sportfm.az xəbər saytı

Azərbaycan millisindən növbəti qələbə -Dünya çempionatı


Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının G qrupunda son oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Elşad Quliyevin çalışdırdığı komandanın rəqibi Küveyt yığması olub. Azərbaycan millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Yığmanın qollarına Cəfər Cəfərov (15), Mirmehdi Rzayev (38) və Təmkin Xəlilzadə (44) imza atıb.

Qrupun digər oyununda Misir İraqa qalib gəlib (4:2).

Azərbaycan millisi bundan əvvəl keçirdiyi hər iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirmiş və qrup birinciliyini də təmin etmişdi. Bugünkü qələbə sayəsində isə yığma maksimum nəticəyə imza atıb - 3 oyun, 9 xal.

Misir 6 xalla 2-ci, İraq 1 xalla 3-cü, eyni xalı olan Küveyt isə 4-cü olub.

Xatırladaq ki, Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Oxşar xəbərlər

Azərbaycan uduzdu, finala çıxa bilmədi - Dünya çempionatı
Azərbaycan millisi 1/4 finalda - Dünya çempionatı
Azərbaycan millisi Portuqaliya ilə üz-üzə
Millimiz növbəti mərhələdə - Dünya çempionatı
Minifutbol yığmamız dünya çempionatına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər