Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız medal siyahısında 4-cü pilləyə yüksəldi
Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günü Azərbaycan yığması üçün uğurlu olub.
Sportfm.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, çempion tituluna yiyələnib.
Bu qələbədən sonra Azərbaycan komandası ümumi hesabda 4-cü pilləyə yüksəlib. Yığmamız İspaniya, Ukrayna, Gürcüstan kimi ölkələri arxada qoyub. Siyahıya Fransa (4-0-4) başçılıq edir. Moldova (1-0-1) ikinci, Sloveniya (1-0-0) üçüncü pillədə qərarlaşıb. Sloveniyanın Azərbaycan kimi bir qızıl medalı olsa da, iki idmançısının 5-ci yeri tutması ölkəmizi qabaqlaması ilə nəticələnib.
Qeyd edək ki, Avropa çempionatında hələlik 17 ölkənin idmançıları medal qazanıblar.

Oxşar xəbərlər
Cüdo yığmamız Avropa çempionu oldu - Uğur
Millimiz 5-ci pilləyə yüksəldi - Reytinq
Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu
İki cüdoçumuz Avropa çempionu oldu
Cüdo yığmamız Avropa kubokuna 4 medalla başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası