reklam
“Qəbələ” bu gün “Olimpiakos”la qarşılaşacaq -
Sportfm.az xəbər saytı

“Qəbələ” bu gün “Olimpiakos”la qarşılaşacaq -Gənclər Liqası


“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində ilk oyuna çıxacaq.

Famil Xəlilovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.

Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

“Qəbələ” 1-ci təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” komandasını üstələyib – 1:1, 1:0.

Oxşar xəbərlər

"Qəbələ" "Olimpiakos"a qarşı - Gənclər Liqası
"Qəbələ" "Olimpiakos"a uduzdu
"Qəbələ" - "Olimpiakos" matçına hakim təyinatı - Gənclər Liqası
"Qəbələ" "Olimpiakos"la nə vaxt oynayacaq? - Açıqlandı
"Qəbələ" cavab oyununa çıxır - UEFA Gənclər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər