reklam
Belçikalı oyunçu Azərbaycanla matçda iştirak etməyəcək -
Sportfm.az xəbər saytı

Belçikalı oyunçu Azərbaycanla matçda iştirak etməyəcək -Zədə səbəbindən


Belçika yığmasının futbolçusu Şarl De Ketelare AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxa bilər.
Sportfm.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin məşq zamanı zədələnməsidir.

İtaliya klubu “Atalanta”nın üzvü dizindən xəsarət alıb. Bu üzdən o, komandasının qarşıdakı matçlarında iştirak edə bilməyəcək. 22 yaşlı oyunçu millilərin iştirakı ilə baş tutacaq oyunlar zamanı bərpa dövrü keçəcək. Onun Belçika yığmasına çağırılmaq şansı da azdır.

Qeyd edək ki, noyabrın 15-də Serbiya ilə yoldaşlıq görüşü keçirəcək Belçika bundan 4 gün sonra Azərbaycan yığmasını qəbul edəcək.

Oxşar xəbərlər

Azərbaycanla oyun ərəfəsində Belçika yığmasında itki - AVRO-2024
Millinin oyunçusu Azərbaycanla oyunu buraxacaq
Belçika millisinin bir neçə oyunçusu Azərbaycanla matça çıxmayacaq
Belçika millisinin bir neçə oyunçusu Azərbaycanla matça çıxmayacaq
Belçika millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər