reklam
Ruslan Lunyov medala
Sportfm.az xəbər saytı

Ruslan Lunyov medala "doymur"


Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb.

Sportfm.az xəbər verir ki, kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.

İkinci yeri Türkiyə idmançısı Yusuf Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.

Oxşar xəbərlər

Lunyovdan qızıl medal - Uğur
İsveç millisi Bakıda qızıl medal qazandı
İdmançımız sondan birinci oldu!
Kamenski Bakıda medal qazandı
Yığmamız İslam Oyunlarında ilk qızılını qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər