reklam
Azərbaycanda yeni bir liqaya start verildi
Sportfm.az xəbər saytı

Azərbaycanda yeni bir liqaya start verildi


Noyabrın 17-də ölkəmizdə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra Elm və Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən ibarət rəqs qrupunun çıxışı olub.

Rəsmi hissədən sonra liqanın A qrupunda mübarizə aparacaq Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandalarının qarşılaşması olub, oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

12 universitet komandasının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok, pul mükafatı ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasıdır.
Azərbaycanda yeni bir liqaya start verildi

Oxşar xəbərlər

Futzal üzrə Tələbə Liqasına yekun vuruldu
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Azərbaycan çempionatının açılış mərasmi keçiriləcək
Tələbələr arasında Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər