reklam
“Qarabağ”ın Norveçə səfər proqramı məlum oldu -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın Norveçə səfər proqramı məlum oldu -Avropa Liqası


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək.

Komandanı Norveçə aparacaq təyyarə noyabrın 29-da, səhər saatlarında havaya qalxacaq. Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Qarabağ" Norveçə yola düşdü - FOTO
“Qarabağ” “Molde” ilə matçdan əvvəl son məşqi Bakıda keçirəcək
"Molde" Bakıdadır - FOTO
“Qarabağ”- “Molde” matçına satılmış biletlərin sayı - 12 500
"Qarabağ"ın səfər planı bilindi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər