Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Fənərbaxça" finala yüksələ bilmədi
Türkiyə kubokunda ikinci finalçının adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, ikinci yarımfinalın cavab matçında "Başakşehir"lə "Fənərbaxça" qarşılaşıblar.
İlk görüşdən 2:2 hesablı bərabərliklə ayrılan komandaların oyunu bu dəfə də gərginliklə yadda qalıb. "Başakşehir" iki dəfə hesabda önə keçsə də, sona qədər üstünlüyünü qoruya bilməyib. 90 dəqiqəsi ilk oyunda olduğu kimi 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində də hesab dəyişməyib.
Qalibi və finalçını müəyyən etmək üçün penalti vuruşlarına ehtiyac yaranıb. Qarşılıqlı zərbələri dəqiq yerinə yetirən komandalar 13-cü vuruşa kimi davam ediblər. Yekunda "Başakşehir" 10:9 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, ilk finalçı "Konyaspor" olmuşdu.
Oxşar xəbərlər
İkinci finalçı hansı komanda olacaq?
Bu gün ikinci finalçı məlum olacaq - AVRO-2024
Türkiyə kubokunda ilk finalçının adı məlum oldu
Afrika Millətlər Kuboku: İlk finalçı bəlli oldu - VİDEO
"Fənərbaxça"nın Çempionlar Liqası arzusu bu dəfə də təxirə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası