reklam
Qadın karateçimizdən dünyada bir ilk
Sportfm.az xəbər saytı

Qadın karateçimizdən dünyada bir ilk


Azərbaycan karateçisi Elşanə Rüstəmzadə kyokuşin-kan növündə ilkə imza atıb.
Sportfm.az xəbər verir ki, təmsilçimiz dünya çempionatında böyüklər arasında medal qazanan ilk azərbaycanlı qadın karateçi kimi adını tarixə yazdırıb.

Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda mübarizə aparan Rüstəmzadə 50 kq çəki dərəcəsində bürünc mükafata yiyələnib.

Xatırladaq ki, bunadək 14-15 yaş qrupunda Nəzrin Hacıyeva (45 kq) mundialın qızıl medalını əldə edib. Milli komandamızın digər üzvü Cəmil Kazımlı (+65 kq) isə 3-cü yeri tutub.

Oxşar xəbərlər

İlk günündə 3 medal - Qran-pri
Karateçimiz dünya çempionu oldu - Uğur
Karateçimiz beşqat dünya çempionu oldu - UĞUR
Millimizin karateçisi Yaponiyada “bürünc” qazandı
Dünya çempionatında daha bir medal qazandıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər