reklam
Daha 5 güləşçimiz dünya çempionatında uğura imza atdı
Sportfm.az xəbər saytı

Daha 5 güləşçimiz dünya çempionatında uğura imza atdı


Azərbaycanın daha 5 güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb.
Sportfm.az xxəbər verir ki, bu gün mübarizəyə qoşulan 7 təmsilçimizdən 5-i fəxri kürsüyə yüksəlib.

Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər.

Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid Həmidli (125 kq) məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatında 3-cü oldu
7 güləşçimiz bu gün AÇ-də mübarizə aparacaq
Güləşçilərimizdən 1 qızıl, 1 bürünc medal - Dünya çempionatı
İki güləşçimiz dünya çempionu oldu
Hərbçilər arasında dünya çempionatında 26 güləşçimiz yarışacaq - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər