reklam
PSJ-yə 4,25 milyard ödəndi
Sportfm.az xəbər saytı

PSJ-yə 4,25 milyard ödəndi


PSJ-nin səhmlərinin 12,5 faizi ABŞ-ın “Arctos Partnes” şirkətinə satılıb.
Sportfm.az xəbər verir ki, sözügedən şirkət bunun üçün 4,25 milyard avro ödəyib. “Arctos Partners”in klubun idarəçiliyində rolu olmayacağı bildirilib.

Paris təmsilçisi bu gəlirlə stadion və məşq meydançalarının yenilənməsinə yatırım edəcək. Klubun bununla bağlı yaydığı açıqlamada belə qeyd olunub:

“Biz yeni bazarlara genişlənməyə davam etmək, müxtəlif coğrafiyalardan olan azarkeşləri cəlb etmək və bütün dünyada idman investisiya imkanlarını araşdırmaq üçün “Arctos Partners” ilə əməkdaşlıq edirik”.

PSJ-nin prezidenti Nasser Əl-Xələfi isə bu müqavilənin klubun davamlı uğuruna və böyüməsinə böyük töhfə verəcəyini bildirib.

Oxşar xəbərlər

Məhşur klubun 25 faizi satıldı - 1,3 milyarda
Dünyanın ən bahalı klubları - “Forbes” açıqladı
"Milan" rəsmən ABŞ şirkətinə satıldı - 1,2 milyarda
"Milan"ın yeni sahibləri - "RedBird Capital Partners"
Çinlilər Avropada daha bir klub aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər