reklam
Vitali Borisov legionerlərə üstünlük verməməsinə aydınlıq gətirdi
Sportfm.az xəbər saytı

Vitali Borisov legionerlərə üstünlük verməməsinə aydınlıq gətirdi


"Artıq bir neçə gündür milli toplanışdadır. Hazırlıq gedir və cümə günü Rumıniya ilə qarşılaşacağıq. Çalışacağıq ki, bu matçda yaxşı nəticə qazanaq".

Sportfm.az xəbər verir ki, bu sözləri DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Rumıniya yığması ilə dekabrın 15-də Bakıda qarşılaşacaq Azərbaycan millisinin baş məşqçi Vitali Borisov deyib.

Bu gün brifinq keçirən mütəxəssis rəqibin oyununu təhlil etdiklərini bildirib: "Bu gün iki məşqimiz nəzərdə tutulub. Elə günlər olub ki, 1 dəfə hazırlıq keçmişik. Nəzəri məşqlərimiz də olur. Rumıniyanın oyunlarını izləyirik, çıxışlarını təhlil edirik. Rəqibin heyətində müəyyən qədər dəyişikliklər var".

O, bu dəfə yerli çempionatda çıxış edən oyunçulara daha çox şans verəcəyini vurğulayıb: "Millimizin heyətində də dəyişikliklər var. Düşündük ki, bu 2 matçda daha çox Azərbaycan çempionatında çıxış edən oyunçulara şans verək. Bu toplanışa ölkə xaricindən çox az oyunçu dəvət etmişik. Heyətdə hazırda cəmi 2-3 legioner var".

Borisov qeyd edib ki, bu dəyişiklik növbəti mərhələ şansının az olması ilə bağlı deyil: "Sadəcə, belə qərar verdik. Şansımızı hələ itirməmişik. Düzdür, son 2 oyunda qalib gəlsək də, hər şey bizdən asılı deyil. 9 xal kifayət etməyə bilər. Digər qruplardakı vəziyyət həlledici olacaq. 5 qrupdan 4 ən yaxşı ikinci yeri tutanlar mərhələ adlayacaqlar".

Səfərdəki məğlubiyyətə baxmayaraq, millimizin çalışdırıcısı bu dəfə qələbəyə inanır: "Səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzmuşduq. Halbuki həmin matçda məğlub olmamalıydıq. Qol imkanlarını boşa vermişdik. Bu dəfə evdə oynayırıq. Heyətimiz təcrübəlilərdən ibarətdir. Eləcə də gənclər də öz güclərini göstərməlidirlər".

Oxşar xəbərlər

"Milli üzvlərinin fiziki hazırlıqları bir o qədər yaxşı deyil" - Vitali Borisov
Millimizin açıq məşqi olacaq - DÇ-2024
Vitali Borisov: "Növbəti oyunu düşünməliyik"
Vitali Borisov: "Çempionlar Liqasının oyunlarına qədər vaxtımız var"
Borisovun millimizin baş məşqçisi oldu - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər