reklam
Azərbaycan Kuboku keçiriləcək -
Sportfm.az xəbər saytı

Azərbaycan Kuboku keçiriləcək -ağırlıqqaldırma üzrə


16-17 dekabrda Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək.

Sportfm.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırma idman növünün bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında ağırlıqqaldırma idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsi, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyən olunmasıdır.

Oxşar xəbərlər

Azərbaycan Kubokunda ən yaxşılar müəyyənləşdi
Azərbaycan birinciliyi keçiriləcək - Ağırlıqqaldırma üzrə
Ağırlıqqaldırma üzrə Azərbaycan kuboku keçiriləcək
Ağır atletlər Xırdalana toplanacaq
Ağır atletlər ən güclünü müəyyən edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər