reklam
Baş həkim PFL rəhbərliyinin son durumunu açıqladı
Sportfm.az xəbər saytı

Baş həkim PFL rəhbərliyinin son durumunu açıqladı


Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı Bakıda yerləşən Liv Bona Dea Hospitalına gətirilib.
Sportfm.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi və ürək-damar cərrahı Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xəsarət alanlardan ikisinin tibbi vəziyyəti kritikdir:

“Günorta saatlarında xəstəxanamıza altı nəfər avtoqəza keçirmiş şəxs daxil olub. Bunlardan PFL prezidenti Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, qurumun vitse-prezidenti Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib. E. Səmədovla A. Şahgəldiyevin tibbi vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyata alınacaq. Neyrocərrahiyyə, plastik cərrahiyyə və ortopediya-travmatologiya hakimlərinin hamısı komanda halında bu iki xəstə üzərində əməliyyat icra edəcək. Digər xəstələrə ilkin tibbi müdaxilələr olunub. Vəziyyətləri sabitdir. Onlar stasionara yatırılıblar”.

Oxşar xəbərlər

PFL prezidenti üçüncü dəfə əməliyyat olunacaq
PFL-in iki əməkdaşı xəstəxanadan buraxıldı
Qəzaya düşən PFL əməkdaşlarının son durumu açıqlandı
PFL rəhbərliyi yol qəzasına düşdü
Şəkidə xəsarət alanlardan biri “Qəbələ”nin əməkdaşı İlkin Məmmədovdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər