reklam
Jurnalistlər ilin ən yaxşı məşqçisini seçdi - Qurban Qurbanov
Sportfm.az xəbər saytı

Jurnalistlər ilin ən yaxşı məşqçisini seçdi - Qurban Qurbanov


Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Sportfm.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!

Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu mövsüm Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə və “Pelikan” İdman Fəaliyyətləri Klubunun maliyyə dəstəyi ilə dekabrın 19-da keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Nizami Gəncəvi zalı”nda təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.

Kim kimə səs verib?

İdman mediası
Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov
Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov
Mahir Rüstəmli (Futbol+) – Qurban Qurbanov
Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov
Əli Sahib (“Fanat.az”) – Qurban Qurbanov
Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov
Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov
Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov
Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov
Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov
Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov
Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov
Vüsal Mahmudov (“Futbolinfo.az”) – Qurban Qurbanov
Günay Xəlil (“Offsideplus.az”) – Qurban Qurbanov
İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov
Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov
Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov
Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov
Natiq Muxtarlı (“Aut.az”) – Qurban Qurbanov
Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov
Ruslan Mikayıllı (“Azerisport.com”) – Qurban Qurbanov
İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov
İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Murad Musayev
Mirbağırağa Cəfərli (“Sportal.az”) – Qurban Qurbanov
Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov
Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov
Elvin Əhəd (“Mediasport.az”) – Elmar Baxşıyev
Anar Şabanoğlu (“Sports.az”) – Qurban Qurbanov
İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov
Daşqın Əziz (Pressinq.az) – Qurban Qurbanov

Komanda.az
Rəşad Ergün – Qurban Qurbanov
Pərviz Eltürk – Qurban Qurbanov
Akif Əhmədov – Murad Musayev
Nəzrin Kazımlı – Murad Musayev
Vüsal Qəmbərov – Qurban Qurbanov

Televiziya – Radio
Şəmsəddin Abbasov (“CBC Sport”) – Qurban Qurbanov
Gəray Qiyasov (“Real” TV) – Murad Musayev
Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov
Qulam Səfərli (“Xəzər” TV) – Qurban Qurbanov
Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov
Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov
Fərid Ramazanov (“İdman” TV) – Qurban Qurbanov
Tural Xudiyev (“Space” TV ) – Qurban Qurbanov
İlkin Baba (“Azərbaycan radiosu”) – Elmar Baxşıyev
Cavid Neymətzadə (“Radio Space”) – Murad Musayev
Mehri Qurban (Baku TV) – Rəşad Sadıqov

Oxşar xəbərlər

“Beşiktaş” Qurban Qurbanovu istəyir
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Qurban Qurbanov “Fairmont” otelində mükafatlandırılacaq
Azərbaycan mətbuatı 2021-ci ilin ən yaxşı futbol məşqçisini seçdi!
Qurban Qurbanov ilin məşqçisi seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər