Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Salahdan yeni rekord -Premyer Liqa
"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqa rekorduna imza atıb.
Sportfm.az xəbər verir ki, o, buna 18-ci turda "Arsenal"la matçda fərqlənməklə nail olub. 31 yaşlı forvard 29-cu dəqiqədə hesabı bərabərləşdirib.
Bu, futbolçunun tarixdə London klubunun qapısına vurduğu 10-cu qoldur. Nəticədə Salah Premyer Liqa tarixində "Arsenal", "Mançester Siti" (11 qol) və "Mançester Yunayted" (12 qol) komandalarına qarşı 10 və daha çox qol vuran yeganə oyunçudur.
Bundan əvvəl Salah 150 qol vuran "Mançester Yunayted"in sabiq futbolçusu Maykl Ouenini keçərək İngiltərə Premyer Liqasının ən yaxşı 10 bombardiri siyahısına daxil olub. Salah İngiltərə çempionatında 151 qol vurub.
Qeyd edək ki, "Liverpul" - "Arsenal" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oxşar xəbərlər
Onlar xal itirdi, "Liverpul" lider oldu - Premyer Liqa
Salah qol vurdu, "Mançester Siti" məğlub oldu
Salah rekorda imza atdı - Droqbanı keçdi
Salah Premyer Liqanın tarixinə düşdü 90-cı qol
Salah “Liverpul”un yeni rekordçusu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası