Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlandı
Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinin yeni baş məşqçiləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığmanın çalışdırıcısı təyin olunub.
O, uzun müddət Rusiya yığmasında işləyib, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Yay Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək.
Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.
Sərdar Həsənov isə qadınlardan ibarət millinin baş məşqçisi olacaq. Ona Əfqan Bayramov kömək edəcək.

Oxşar xəbərlər
Boks Federasiyasında yeni təyinatlar
Azərbaycan millisində yeni baş məşqçi - Təyinat
Koreyalı mütəxəssislər Azərbaycandan göndərildi - RƏSMİ AÇIQLAMALAR
Millimizdə yeni baş məşqçi
Milli komandalarımızın baş məşqçiləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası