reklam
Sportfm.az xəbər saytı

"Zenit"də braziliyalı oyunçu -TRANSFER


Rusiyanın "Zenit" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi "Fluminense"dən Ninonu rənglərinə bağlayıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Zenit" braziliyalı mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalayıb. Ruslar bu transfer üçün Braziliya klubununa 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, "Fluminense" Ninonu 2019-cu ilin fevral ayında "Krisiuma"dan transfer etmişdi. 26 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 239 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Saranı "Saray"a gətirdilər - TRANSFER
İmmobile İstanbul klubunda - RƏSMİ
“Fənərbaxça” Söyüncü ilə bağlı qərar verdi
"Cim-bom"un yeni hədəfi - Viktor Lindelöf
"Çelsi"dən rekord müqavilə - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər