Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fizuli Məmmədov "İnter"dən göndərildi, onun yerinə işsiz qalan məşqçi təyin edildi
Bakı "İnter”inin əvəzedici komandasında baş məşqçi dəyişikliyi baş verib.
Sportfm.az xəbər verir ki, Fizuli Məmmədovu uzun müddətdir işsiz qalan Ramiz Məmmədov əvəzləyib.
Lakin R.Məmmədovun əsas komandanın da baş məşqçisi təyin olunmaq ehtimalı var. Hazırda klub rəhbərliyi ilə 49 yaşlı mütəxəssis arasında danışıqlar davam edir.
Xəbəri açıqlamasında F.Məmmədov da təsdiqləyib. O, bildirib ki, "İnter"lə müqaviləsinin müddəti başa çatdığı üçün klubu tərk edib: "Bu gün rəhbərliklə görüşüm oldu. Müqaviləmin müddəti bitmişdi, uzatmağı lazım bilmədilər. Xidmətimə görə təşəkkür edib, yola saldılar".
Həmçinin "İnter”in U-19 komandasının da baş məşqçisi F.Məmmədovu qardaşı Xəqani Məmmədov da göndərilib. Onu Məqsəd Yaqubəliyev əvəzləyib.
Qeyd edək ki, Ramiz Məmmədovun son iş yeri "Qəbələ" klubu olub. O, ikinci dəfə rəhbərlik etdiyi Qəbələ təmsilçisindən 2012/2013 mövsümündə istefaya göndərilib.(Sportnet.az)
Oxşar xəbərlər
"Şamaxı"da yeni baş məşqçi - Ramiz Məmmədov
"Keşlə"də gözlənilən təyinat - Ramiz Məmmədov baş məşqçi oldu
"İnter"də yerdəyişmə
"Bakı" meydanı məğlub tərk etdi
Sabiq “Xəzər Lənkəran”lı paytaxt klubuna baş məşqçi təyin olundu - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası