reklam
Ona görə 3 gün matəm elan olundu -
Sportfm.az xəbər saytı

Ona görə 3 gün matəm elan olundu -FOTO


Əfsanəvi futbolçu və məşqçi Mario Zaqallonun vəfatı ilə əlaqədar Braziliyada üç günlük matəm elan edilib.

Sportfm.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Lula da Silva sosial şəbəkə hesabında paylaşım edib:

“Əbədi Mario Xorxe Lobo Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib”.

Zaqallo ötən gün 92 yaşında vəfat edib.

Zaqallo 4 dəfə Braziliya millisi ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970, 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb.

Zaqallo 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və bir sıra ərəb ölkələrində çalışıb.

Oxşar xəbərlər

Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Əfsanə Mario dünyasını dəyişdi
Mərakeş - Braziliya matçı ləğv edildi - Zəlzələyə görə
Pelenin dəfn olunacağı tarix bilindi
Braziliyada matəm elan edildi - Peleyə görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər