Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram" - ulduz idmançıdan açıqlama
MBA təmsilçisi "Oklahama Siti”nin türkiyəli basketbolçusu Enes Kanter mətbuat konfransı təşkil edib.
Sportfm.az xəbər verir ki, Kanter NBA mərkəzində təşkil edilən mətbuat konfransındakı açıqlamalarıyla diqqət mərkəzinə düşüb. Belə ki, o, hazırda "vətənim yoxdu” deyərək, ABŞ vətəndaşlığı almaq üçün müraciət etdiyini deyib:
"Hazırda ölkəm yoxdu. Amerika vətəndaşı olmağa çalışıram. "Yaşıl kart”ım var. Bu proses sürətlənəcəkmi, görəcəyik”.
FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənə yaxınlığıyla tanınan Kanterin pasportu ləğv edildiyindən, Rumıniyada hava limanında polis tərəfindən saxlansa da, ABŞ təhlükəsizlik xidmətinin məsələyə qarışmasından sonra azad olunub:
"Çox qorxulu bir vəziyyət idi. ABŞ təhlükəsizlik təşkilatına, üzvü olduğum "Oklahama Siti”yə, MBA-ya təşəkkür edirəm. Hamısı bir komanda kimi çalışdı. Əsl problem İndoneziyada yaşandı. Gecə iki və ya ikinin yarısında menecerim qapımı döydü və dedi ki, "İndoneziya gizli təşkilatı səni axtarır”. Nə edəcəyimizi bilmədik. Bir şəkildə ölkədən qaçmalı olduq. Əvvəl Sinqapura getdik, sonra isə Rumıniyaya”.
Xatırladaq ki, Kanter Gülənə dəstək verməsi və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tənqid etdiyinə görə atası tərəfindən oğulluqdan çıxarılıb. O, bundan sonra Gülən soyadını götürdüyünü açıqlamışdı.
Oxşar xəbərlər
Messi yoxdu, oyun yoxdu - ləğv olundu
Hakan Şükürün atasına cəza kəsildi - 3 il 1 ay 15 gün
Türk basketbolçunun atası həbs edildi
Hakan Şükür həbs ediləcək
Türkiyə Futbol Federasiyasında kütləvi istefa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.jpg)










Misli Premyer Liqası