Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Levandovskinin rekordu təkrarlandı
“Bayern”in hücumçusu Harri Keyn Robert Levandovskinin rekordunu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, 30 yaşlı futbolçu buna “Hoffenhaym”a 3:0 hesabı ilə qalib gəldikləri Bundesliqanın 17-ci tur matçında nail olub.
Komandasının üçüncü qolunu vuran forvard cari mövsümdə çempionatda 22-ci dəfə fərqlənib.
Beləliklə, Keyn Bundesliqanın ilk yarısında vurulan qolların sayına görə polşalı həmkarına çatıb.
İngiltərəli oyunçu mövsümün əvvəlində Münhen təmsilçisinə keçib. Hazırda İspaniyada “Barselona”nın uğurları üçün çalışan Levandovski 2014-2022-ci illərdə “Bayern”in formasını geyinib.

Oxşar xəbərlər
Harri Keyn ilk britaniyalı futbolçu oldu - 50-dən çox qol vurdu
Harri Keyn yeni rekorda imza atdı - Bundesliqa
“Bayern”in ən yaxşısı - Harri Keyn
Salahın rekordu təkrarlandı
Levandovski klubunu boykot etdi - Getmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası