Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçimiz bürünc qazandı
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Sportfm.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizə aparıb.
Yarışa 1/4 finaldan start verən yunan-Roma güləşçimiz Murad Məmmədov (63 kq) fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.
Həsrət Cəfərov (67 kq) amerikalı Alexandro Sanço (3:1), isveçli Niklas Oehlen (9:0) və ukraynalı Oleksey Masiki (9:0) mübarizədən kənarlaşdırıb. Yarımfinalda Ukraynanı təmsil edən soydaşımız, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibova (2:4) məğlub olan Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldinlə güləşib və 5:1 hesablı qələbəylə turniri üçüncü pillədə başa vurub.
Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) 1/8 finalda çinli Kexin Honqa məğlub olub – 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb – 4:14.

Oxşar xəbərlər
Güləşçimizdən AÇ-də bürünc medal
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Güləşçimiz qızlı medal qazandı - Reytinq turniri
Güləşçimiz bürünc medal qazandı
Güləşçilərimiz ikinci yarış günündə 4 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası