Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Premyer Liqasında futbolçular dopinq-testdən keçiriləcək
Bu ildən Azərbaycan Premyer Liqasının oyunlarında futbolçular dopinq-testdən keçəcəklər.
Sportfm.az saytı report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
Hüseynlinin sözlərinə görə, proses Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcək. AMADA rəhbəri prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını desə də, dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını vurğulayıb. Beynəlxalq oyunlara gəldikdə, o, belə məsələlərlə FİFA və UEFA-nın öz dopinq nəzarətçilərinin məşğul olduğunu əlavə edib.
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustun ortalarında start veriləcək.
Oxşar xəbərlər
AMADA-dan xəbərdarlıq - "İdmançılar təlimatlara ciddi riayət etməlidir"
İdmançılarımızın dopinq-testlərinin 2,7 faizi müsbət nəticə verdi
Azərbaycan Milli Antidopinq Agentliyi ilə UEFA arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
İdmançılarımızın bəzilərində dopinq aşkarlandı - RƏSMİ
Azərbaycan Premyer Liqasında dopinq nəzarəti olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası