reklam
Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi -
Sportfm.az xəbər saytı

Azərbaycan birinciliyində komanda yarışlarının nəticəsi -SİYAHI


U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, yarışlarda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb.

Qızlar -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayıblar.

Yarışın final görüşü Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Bakı şəhəri 13 nömrəli İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü yerləri bölüşüblər.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 2
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
Neftçi İdman Klubu
Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsi
Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Gömrükçü İdman Sağlamlıq Mərkəzi

Oxşar xəbərlər

"Neftçi"nin idmançıları qızıl medal qazandı
Azərbaycan Birinciliyi başa çatdı - Cüdo üzrə
Xaçmaz şəhərindən olan idmançı ölkə çempionu oldu - Cüdo üzrə Azərbaycan birinciliyi
Bakı Kubokuna start verildi - Cüdo üzrə
Boks üzrə açıq birincilik başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər