reklam
İslamiada zamanı təxribata cəhdlər olub? - RƏSMİ AÇIQLAMA
Sportfm.az xəbər saytı

İslamiada zamanı təxribata cəhdlər olub? - RƏSMİ AÇIQLAMA


"IV İslam Həmrəyliyi Oyunlarında hər hansı təxribata cəhd göstərilməyib".

Sportfm.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, bununla bağlı preventiv tədbirlər bir il əvvəldən həyata keçirilib, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirildiyini deyən general-leytenant əlavə edib:

"Dünyanın ağır bölgəsində yerləşirik, burada təzyiqlər var. Buna baxmayaraq, İslamiada zamanı təhlükəsizlik təmin olundu. Dövlət başçısının tapşırıqları yerinə yetirildi, xüsusi təhlükəsizlik tədbirləri görüldü və yarışlar da uğurla keçirildi".

Oxşar xəbərlər

İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
İslamiada zamanı kimlər nəqliyyatdan pulsuz istifadə edəcəklər? - RƏSMİ
İslam Həmrəyliyi Oyunları zamanı metro kimlər üçün pulsuz olacaq?
Cüdo üzrə ölkə çempionatının ilk günündə 9 çəki dərəcəsinin qalibi müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər