Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Araz-Naxçıvan” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
Misli Premyer Liqasında qış fasiləsindən sonra ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək “Araz-Naxçıvan” oyunöncəsi son məşqinə çıxıb.
Sportfm.az[left][/left] xəbər verir ki, “Azersun Arena”nın ehtiyat meydanında 1 saata qədər davam edən hazırlıq prosesində futbolçular bir neçə taktiki planda tapşırıqları icra ediblər.
Zədəli futbolçulardan Orxan Əliyev kollektivlə çalışmalara qoşulubsa, digər zədəli İsmail Azzaui hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir. Onun “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir. İsmaildən başqa, Vanderson da sabahkı matçda meydana çıxmayacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir.
Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu yanvarın 23-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər
"Araz-Naxçıvan"da 3 itki
“Araz-Naxçıvan” hazırlığını yekunlaşdırdı
“Araz-Naxçıvan”ın zədəlilər geri döndü
“Araz-Naxçıvan” “Kəpəz”ə qarşı - Misli Premyer Liqası
"Araz Naxçıvan"da zədəlilər sıraya döndü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası