Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Açığı, qaranlıq idi, həmin şəxsi tanımadım" -Əliyar Ağayev
"Qəbələ" – "Sumqayıt" oyunundakı penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Amma bir şeyi deyim ki, jurnalistlə oyun sonrası dialoq elə olmayıb. Mənə yaxınlaşıb soruşublar ki, orada penalti var idi? Açığı, qaranlıq idi, həmin şəxsi tanımadım. Sonradan bilmişəm ki, jurnalist imiş. Mən də bir kəlmə dedim ki, arxadan baş hakim gəlir, nə sualınız varsa, ona verə bilərsiniz. Başqa heç nə deməmişəm".
Sportfm.az xəbər verir ki, bunu Prosport.Az-a müsahibəsində FIFA hakimi Əliyar Ağayev deyib.
Premyer Liqanın XIX turunun "Qəbələ" – "Sumqayıt" oyununda baş hakim Kamal Umudlunun mübahisəli və VAR-a gedilmədən penalti təyin etməsi söz-söhbətə gətirib çıxarıb. Üstəlik, oyunun yayımçı şirkət "CBC Sport" tərəfindən bir rakursdan göstərilməsi şübhələrə səbəb olub. Həmin oyunda VAR hakimi olan Ağayev bu suala qısa belə cavab verib: "Penalti təyin olunub, mən də VAR hakimi olaraq penaltini dəstəkləmişəm".
36 yaşlı referi qış fasiləsindən sonra hakim idarəçiliyində səhvlərin çoxalmasının Antalyada təlim-məşq toplanışı zamanı oyunlar idarə etməmələri ilə əlaqələndirməyib:
"Bəzən bundan daha çox fasilə olub və oyunsuz qalmışıq. Bununla belə, rəsmi matçda meydana çıxıb normal oyun idarə etmişik. Antalyada oyun idarə etməsək də, hazırlığımız yüksək səviyyədə keçdi. Biz də əlimizdən gələni etdik ki, II dövrəyə ən azı komandalar kimi hazır olaq. Oyunlarda iş başında olmamağımız bizdən asılı olmayan məsələ idi".

Oxşar xəbərlər
Əliyar Ağayev Bolqarıstan millisinin oyununda - TƏYİNAT
"Atromitos"un baş məşqçisi Əliyar Ağayevdən narazı qaldı
Ağayevə kömək olan, "Qarabağ"a uğurlu hakim
Roberto Bordin:""Qarabağ"ın qapısına penalti təyin edilməli idi"
"Qarabağ"ın futbolçusu:"Penalti yox idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası