reklam
Sportfm.az xəbər saytı

"Heydər Əliyev Kuboku"nun qalibləri məlum oldu


"Şahdağ" Turizm Mərkəzində keçirilən həvəskar xizəkçilər arasında "Heydər Əliyev Kuboku" turnirinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, altı yaş kateqoriyasında çıxış edən həvəskar xizəkçilərin mükafatlandırma mərasimi keçirilib.

18-25 yaş kişilər arasında Ramiz Ağayev 1-ci, Cəmil Qarayev 2-ci, Arif Aşurbəyov isə 3-cü yerə layiq görülüb.

26-45 yaş kateqoriyalı kişilər arasında Rəşad Mədətov 1-ci, Amir Abdullayev 2-ci, Emin Rəsulov isə 3-cü olub.

26-45 yaş kateqoriyalı qadınlar arasında Anna Vəliyeva 1-ci, Günay Abdullayeva isə 2-ci yerə layiq görülüb.

46 yaş və yuxarı qadınların yarışında Mona Krems birinci yeri tutub.

46 yaş və yuxarı kişilərin yarışında Nikolay Podbereznikov 1-ci, Sergey Zaridov 2-ci, Svoren Vlodemir isə 3-cü olub.

Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub.

Qeyd edək ki, "Heydər Əliyev Kuboku" fevralın 17-də böyüklər və uşaqlar arasında snoubord, fevralın 24-də isə uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.

Oxşar xəbərlər

Para Cüdo üzrə Respublika Çempionatı keçirildi - FOTO
Bakıda dünya çempionatının qalibləri mükafatlandırıldı
BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO
Bakıda Belarus yığmasına qızıl medal verildi - FOTO
Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər