reklam
Tarixi matç -
Sportfm.az xəbər saytı

Tarixi matç - "Qarabağ" "Braqa"ya qarşı -YENİLƏNİR


Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya)

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

Oxşar xəbərlər

"Qarabağ" 1/8 finalda - Avropa Liqası
“Qarabağ” – “Braqa” oyununa bütün biletlər satılıb
“Qarabağ” – “Braqa” oyununun hakimləri açıqlandı
"Braqa" qələbə qazandı - Portuqaliya çempionatı
"Qarabağ" "Braqa"ya qarşı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər