Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkmənistan təmsilçisi Bakıda qalib gəldi
ASK Arenada beynəlxalq yoldaşlıq görüşü baş tutub.
Sportfm.az xəbər verir ki, arenanın əsas meydançasında Türkmənistanın Yüksək Liqasını təmsil edən "Nebitçi" ilə İkinci Liqanın lideri "Baku Sporting" üz-üzə gəlib.
Dördqat Türkmənistan çempionu bu matçda Elman Sultanovun rəhbərlik etdiyi komandaya 2-0 hesabıyla qalib gəlib.
Aleksandr Klimenkonun kollektivi Buzovna təmsilçisinin qapısından hər iki topu birinci 45 dəqiqədə keçirib - 8 və 36-cı dəqiqə.
İkinci hissədə bərabər səviyyəli oyuna şahidlik edən azarkeşlərin qol görmək arzusu reallaşmayıb.
Oyundan sonra hər iki komandanın üzvləri xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Azərbaycanda toplanışda olan "Nebitçi" 3 gün sonra daha bir İkinci Liqa təmsilçisi olan "Qusar"la qarşılaşacaq.

Oxşar xəbərlər
“Baku Sporting”dən Şamaxıda qızıla bərabər 1 xal
"Sumqayıt" Türkmənistan klubuna qarşı - Yoxlama görüşü
“Baku Sportinq” üçdə üç etdi!
“Baku Sportinq” “Sabah”a 4 top vurdu
"Baku Sporting" Premyer Liqada çıxış edən futbolçu ilə gücləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası