Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AVF prezidenti Boriçiçlə görüşdü -FOTO
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri Aleksandar Boriçiçlə görüşüb.
Sportfm.az xəbər verir ki, bu gün Serbiyanın Belqrad şəhərində baş tutan görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, CEV-in vitse-prezidenti Renato Arena və digər rəsmilər iştirak ediblər.
Görüş zamanı ölkəmizdə aşağı yaş qruplarında voleybolçuların yetişdirilməsi üzrə akademiyanın yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi qeyd olunub. Bu məsələ ilə bağlı Beynəlxalq Voleybol Federasiyası ilə də danışıqlar aparılması tövsiyə edilib.
Görüşdə əcnəbi məşqçilərin Azərbaycanda müxtəlif seminarlar keçməsi və burada uzunmüddətli çalışması məsələsinə də baxılıb. Danışıqlar zamanı federasiya nümayəndələrinin CEV-ə ezam olunaraq qurumun təcrübəsinin öyrənilməsi, AVF-nin starateji planı və digər əməkdaşlıq məsələləri də müzakirə edilib.

Oxşar xəbərlər
Federasiya prezidenti voleybolçularla görüşdü - FOTO
Voleybol millisinə baş məşqçi təyin olundu
Azərbaycan və Türkiyə Federasiyaları arasında Memorandum imzalandı
Rəsmilər idmançılarla görüşdü - FOTO
Xəlilov vəzifəsindən uzaqlaşdırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı

Misli Premyer Liqası