reklam
“Qarabağ” – “Bayer” matçını fransalı idarə edəcək
Sportfm.az xəbər saytı

“Qarabağ” – “Bayer” matçını fransalı idarə edəcək


“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Sportfm.az xəbər verir ki, matçda ədaləti Benoit Bastien qoruyacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimi Benoit Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer ” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə olacaq.

Oxşar xəbərlər

"Bayer" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” "Bayer"lə bərabərə qaldı - Avropa Liqası
"Qarabağ"a görə metro 1 saat artıq işləyəcək
"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlandı
Yığmamızın oyununda italiyalı hakimlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər