Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ölkə çempionatında bir ilk yaşanacaq
Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, üçüncü dəfə keçiriləcək bu birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil etdiyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcək. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər də müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.
Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.
Birincilikdə medal qazanan idmançılar müvafiq yığma komandalara cəlb ediləcək.

Oxşar xəbərlər
Azərbaycan çempionatının başlama vaxtı bilindi
Yunan-roma güləşçiləri Bakı İdman Sarayında
Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək
Güləşçilər Bakı İdman Sarayına yığışır
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası